Xəbərlər
Azərbaycanın xarici işlər naziri Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində ümummilli lider Heydər Əliyevin Tbilisi şəhərində yerləşən abidəsini ziyarət edib. O, abidənin önünə əklil qoyub və Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramını ifadə edib.
Nazir, həmçinin Qəhrəmanlar Memorialını ziyarət edərək önünə əklil qoyub.