YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətinin inkişafına mühüm töfhələr verir

"Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətinin inkişafına mühüm töfhələr verir. Müraciət etdiyi, fəaliyyət göstərdiyi hər bir sahədə qazandığı uğurlar Mehriban xanıma xalqımızın dərin rəğbət və ehtiramını, sevgisini qazandırıb. Bu fəaliyyət o qədər geniş, o qədər çoxşaxəlidir ki, hansı sahəyə müraciət etsək, hansı fəaliyyət istiqamətindən danışsaq, orada mütləq Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan layihələrin, görülən işlərin müsbət nəticələrini görəcəyik". Bu fikirləri yap.org.az saytına Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə təhsil, səhiyyə, mədəniyyətin inkişafına əvəzsiz töfhələr verdiyini söyləyən millət vəkilinin sözlərinə görə, Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Təhsilə dəstək", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Mədəniyyət obyektləri və tarixi mədəniyyət abidələri", incəsənət festivalları, "Tolerantlığın ünvanı – Azərbaycan", "Azərbaycan mədəniyyətinin xaricdə təbliği" və digər mühüm layihələr dövlətin inkişaf siyasətinə çox böyük dəstək olmaqla yanaşı, daşıdığı missiya və qarşısına qoyduğu vəzifələr etibarilə də uğurlu nəticələri ilə yadda qalır. "Humanizm, insanlara sevgi, vətənpərvərlik Mehriban xanım Əliyevanın fəaliyyətindən qırmızı xətlə keçir", - deyən Sahibə Qafarova vurğulayıb ki, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə qəbul olunan Amnistiya aktları minlərlə insana, ailələrə sevinc bəxş edib. Aztəminatlı ailələrə, ehtiyacı olan insanlara öz qayğıkeş münasibətini göstərən Mehriban xanım Əliyeva özünə və rəhbərlik etdiyi fonda müraciət edən hər kəsin problemlərinin həllinə çalışır, insanların ümidlərini doğruldur.

Sahibə Qafarova deyib ki, Mehriban xanım Əliyeva həm də yüksək bacarığa malik, öz üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirən təşkilatçıdır: "Biz bunun Mehriban xanımın təşəbbüsü ilə reallaşdırılan bir çox tədbirlərdə, eyni zamanda, Onun rəhbərlik etdiyi təşkilat komitəsinin "Eurovision" mahnı yarışmasının, ilk Avropa Oyunlarının paytaxtımızda ən yüksək səviyyədə keçirilməsində bir daha müşahidə etdik.  Şəxsən Mehriban xanım Əliyevanın uğurlu təşkilatçılığı sayəsində bütün dünya ictimaiyyəti ölkəmizin, xalqımızın sahib olduğu yüksək potensialın, mədəniyyətimizin, dövlətimizin inkişafının bir daha şahidi oldu. İlk Avropa oyunlarının hətta yay olimpiya oyunları səviyyəsində təşkili sayəsində Azərbaycan bu oyunların standartlarını müəyyənləşdirdi".

Sahibə Qafarova vurğulayıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Avropanın bəzi şəhərlərində həyata keçirilən layihələr, mədəni abidələrin, tarixi abilərin bərpası istiqamətində görülmüş işlər həm Azərbaycanın dünyada tolerantlığın, çoxmədəniyyətliliyin qorunmasına verdiyi əhəmiyyəti və bu prosesdə oynadığı rolu açıq şəkildə ifadə edir.

Millət vəkili S.Qafarovanın sözlərinə görə, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti müxtəlif təşkilatlar və bir sıra ölkələrin rəsmi dairələri tərəfindən çox yüksək qiymətləndirilib və O, nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. "Amma zənnimizcə, onun aldığı ən yüksək mükafat xalqımızın Mehriban xanımın şəxsiyyətinə olan böyük sevgisi və ehtiramı, yüksək etimadıdır.  Mehriban xanım Əliyeva bu gün peşəsindən, çalışdığı sahəsindən asılı olmayaraq, hər bir Azərbaycan qadını üçün bir örnəkdir. Söhbət yalnız uğurlu layihələr, böyük işlər görməkdən getmir, vətənini, xalqını, dövlətini sevməkdən, onun uğurları üçün var gücü ilə çalışmaqdan, insanlara qayğıkeş, humanist münasibətdən gedir", - deyə Sahibə Qafarova qeyd edib.