YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgər və zabitlərinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyası davam edir

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna bir neçə dəfə vəsait köçürmüş, dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etmişdir.

Yeni Azərbaycan Partiyasının bu qəbildən olan növbəti humanist aksiyası yay mövsümünün xarakteri nəzərə alınaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin səmərəli təşkilinin həyata keçirilməsindən ibarət olmuşdur.  

Cari ilin aprelində erməni işğalçıları tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin  ailə üzvləri ilə birlikdə yay istirahəti Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Lənkəran rayonu ərazisində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində təşkil edilmişdir. Yay mövsümü ərzində Silahlı Qüvvələrin bir qrup əsgər və zabiti ailə üzvləri ilə birlikdə bu imkanlardan bəhrələnmişdir. 50 nəfərdən ibarət növbəti qrupun yay istirahətinin təşkili isə avqustun 25 –dən başlamışdır.

Yeni Azərbaycan Partiyasının bu  vətənpərvər addımı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə  möhkəm inamın və dəstəyin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir.  

 

DİGƏR Xəbərlər Arxiv