YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci yarımildə BTC kəməri ilə 17,3 milyon ton xam neft ixrac olunub

Cari ilin yanvar-iyun aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 17,3 milyon ton (130 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 166 tankerə yüklənib.

“BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan indiyədək BTC ilə ümumilikdə təxminən 2,49 milyard barrel (332 milyon ton) xam neft nəql olunub və Ceyhan limanında 3 min 278 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Bu ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə 26 milyon dollar sərf edilib.

“BTC Ko.”nun səhmdarları belədir: BP (30,10 faiz), “AzBTC” (25,00 faiz), “Chevron” (8,90 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “ENI” (5,00 faiz), “Total” (5,00 faiz), “Itochu” (3,40 faiz), “Inpex” (2,50 faiz), “CIECO” (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

 

DİGƏR Xəbərlər Arxiv