Xəbərlər
Prezident İlham Əliyev Şəmkir və Tovuz rayonlarını birləşdirən körpünün bərpası haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrıldı.