YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il Azərbaycan dəmir yolu nəqliyyatı ilə 8,3 milyon ton yük və 1058,4 min sərnişin daşınıb

Bu ilin ilk yeddi ayında dəmir yolu nəqliyyatı ilə 8,3 milyon ton yük və 1058,4 min sərnişin daşınıb. Hesabat dövründə 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 18,6 faiz, sərnişin daşınmasında isə 8,1 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, ötən dövrdə orta hesabla sutkada 430 vaqon yüklənib, 395 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,5 min ton, Qərb istiqaməti üzrə 4,7 min ton, Cənub istiqaməti üzrə isə 1,7 min ton yüklənmə işi yerinə yetirilib.