Xəbərlər
SOCAR iyulda 639 min ton neft hasil edib
İyulda SOCAR-da xam neft hasilatı 639 min ton olub. Keçən ay Azərbaycanda isə ümumilikdə 3 milyon 635,9 min ton neft hasil edilib.
Bu barədə SOCAR-dan məlumat verilib.
Cari ilin yanvar-iyul aylarında SOCAR üzrə neft hasilatı 4 milyon 420,8 min ton, Azərbaycanda isə ümumilikdə 26 milyon 699,8 min ton olub.