Xəbərlər
Musa Quliyev: Proqramlar öz bəhrəsini verməkdədir
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/c1c0f4c4080d68be068dd043908dff5b.jpg&w=360)
«Azərbaycanın daxili iqtisadiyyatı yüksəlməkdədir. Regionların sosial-iqtisadi inkişafı proqramları və qeyri-neft sektorunun inkişafına dair layihələr öz bəhrəsini verməkdədir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının dayanıqlılığından xəbər verir. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkə olaraq qalır.
«Bu da onu göstərir ki, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik var, iqtisadi dayanıqlılıq var və ölkənin hüquq sistemi, aparılan siyasət beynəlxalq biznesin Azərbaycanda genişlənməsinə uyğun şəraiti yaradır. Qeyri-neft sektoru, xüsusən kənd təsərrüfatı, turizm, İKT sahəsində əldə edilən nailiyyətlər növbəti illərdə də davam edəcək və ölkə əhalisinin sosial rifahının yüksəlməsinə səbəb olacaq»- deyə, M.Quliyev vurğulayıb.