YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycanın İran və Rusiya ilə çox yaxşı münasibətləri var

“Azərbaycanın İran və Rusiya ilə çox yaxşı münasibətləri var. Bilirəm ki, Rusiya-İran əlaqələri də çox yaxşı səviyyədədir. Ona görə bu üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında həm tarix, həm coğrafiya, eyni zamanda, bizim müştərək layihələrimiz dayanır. “Şimal-Cənub” nəqliyyat dəhlizi təkcə ölkələrimiz üçün deyil, qitələr üçün böyük əhəmiyyət daşıyan layihədir və sabah bu layihənin gələcək icrası ilə bağlı çox önəmli addımlar atılacaqdır”. Bu fikirləri avqustun 7-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanatında səsləndirmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, ikitərəfli formata gəldikdə isə, bu gün geniş spektrli məsələlər müzakirə olundu. Turizm sahəsində çox gözəl perspektivlər var. Artıq İran vətəndaşları Azərbaycana sadələşdirilmiş viza rejimi əsasında gələ bilərlər və Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu açılır. Hava nəqliyyatı istiqamətində çox gözəl mənzərə müşahidə olunur, uçuşların sayı artır. Ekologiyaya və Xəzər dənizinə aid məsələlər müzakirə olundu. Deyə bilərəm ki, müzakirə olunan bütün məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Bizim əsas istəyimiz İran-Azərbaycan əlaqələrini inkişaf etdirmək, xalqlarımızın maraqlarını müdafiə və təmin etmək, siyasi, iqtisadi, humanitar əlaqələrimizi möhkəmləndirməkdir. Cənab Prezident Həsən Ruhaninin Azərbaycana bugünkü səfəri bu istiqamətdə atılan çox önəmli addımdır.