YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda “Yeni Azərbaycan” referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələr seçilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qərargahında cari ilin sentyabr ayının 26-da keçiriləcək Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirilib.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir.

Vurğulanıb ki, təklif olunan layihədə Konstitusiyanın 29 maddəsinə 39 düzəliş və əlavə təklif olunur.

İclasda çıxış edən YAP Nizami rayon təşkilatının üzvləri, Respublika Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, Respublika Veteranlar Təşkilatının Nizami rayon şöbəsinin sədri Yəhya Ağayev, Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev və başqaları bildiriblər ki, Konstitusiyaya təklif edilən dəyişikliklərlə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə  informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması, eyni zamanda, təhlükəsizlik sisteminin möhkəmlənməsinə, ordu quruculuğunda, Silahlı Qüvvələrin möhkəmlənməsində, işğal olunmuş ərazilərin azad olunmasında xüsusi rol və əhəmiyyət kəsb edəcək. Bununla bərabər əlavə və dəyişikliklər seçkilərdə yaş həddi ilə bağlı qadağaları aradan qaldıracaq, yeni, daha səmərəli və çevik idarəçilik sisteminin formalaşmasına yol açacaq. Bildirib ki, Azərbaycan xalqı dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin Sərəncamını alqışlayır, dəstəyini ifadə edir və seçicilərin böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaq.

Çıxışlardan sonra səsvermə ilə 57 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və “Yeni Azərbaycan” referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfərdən ibarət nümayəndə müəyyənləşdirilib.