Xəbərlər
Musa Quliyev: Demokratik cəmiyyətlərdə konstitusiya islahatlarının həyata keçirilməsi qanunauyğunluqdur

«Azərbaycan demokratik dövlətdir və dinamik inkişaf yolundadır. Demokratik cəmiyyətlərdə konstitusiya islahatlarının həyata keçirilməsi qanunauyğunluqdur». Bu fikri YAP Siyasi Şurasının üzvü Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Azərbaycan Prezidentinin konstitutsiya dəyişiklikləri ilə bağlı təqdim etdiyi Refendum Aktı layihəsində nəzərdətutulan məsələlər insan hüquq və azadlıqlarının daha təkmil formada qorunmasına xidmət edəcək. Onun sözlərinə görə, bu dəyişikliklər dövlətçilik ənənələri daha da möhkəmləndirəcək.
«Azərbaycan Prezidenti tərəfindən irəli sürülən təkliflərin referendum vasitəsi ilə qəbul olunacağına inanıram. Ümid edirəm ki, xalq bu dəfə də ölkə başçısı ilə həmrəyliyini nümayiş etdirəcək və iqtidar-xalq vəhdətini ortaya qoyacaq. Çünki xalqımız hər zaman ölkə başçısının həyata keçirdiyi islahatları dəstəkləyir. Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan xalqının və dövlətinin gələcək inkişafı baxımından önəmlidir. Ona görə də, Konstitusiya islahatları zəruridir»- deyə, M.Quliyev vurğulayıb.