Xəbərlər
Qətərin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qətərin ölkəmizdəki səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Elmar Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.