Xəbərlər
Əbülfəs Qarayev: Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur
«Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur». Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayev bildirib ki, insanlar istirahət günlərində rayonlara axın edirlər. Onun sözlərinə görə, Azərbaycanda sadələşdirilmiş vizanın tətbiqi nəticəsində ölkəyə gələn turistlərin sayında xeyli artım qeydə alınıb.
«Ərəb ölkələrindən gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Eyni zamanda Koreyadan, Yaponiyadan gələnlərin sayında artım var. Sözsüz ki, bu istiqamətdə işlər daha da gücləndiriləcək, Azərbaycanın turizm potensialının həmin ölkələrdə təqdim olunması üçün müvafiq tədbirlər həyata keçiriləcək»- deyə, nazir vurğulayıb.