YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Təhsil kreditlərinin tətbiqi tələbələrin təhsil haqqının ödənilməsində yaranan çətinliklərini aradan qaldıracaq

«"Maarifçi" Tələbə Kredit Fondu tələbələr üçün yaradılmış fonddur. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır». Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, tələbə universiteti bitirəndən sonra onlara 1 il də güzəşt verilir. Növbəti ildən isə 10 il müddətində krediti qaytarmalı olacaqlar. «Həmin tələbələr əmək bazarına çıxandan və iş tapandan sonra həmin məbləğin hissə-hissə qaytarılması prosesi başlayacaq. Bu layihədə özəl strukturlar, dövlət qurumları, ictimai təşkilatlar, mesenatlar tərəfindən  iştirak nə qədər çox olsa, geniş sayda tələbəri cəlb edə bilərik. Hər il 33 % tələbə ali məktəblərdə dövlət hesabına təhsil almaq hüququ qazanır. Bəzi tələbələr öz təhsillərini əldə etdiyi dövrdə ailələrinin sosial-iqtisadi vəziyyəti dəyişə bilər, təhsil haqlarının ödənməsində müəyyən problemlər ortaya çıxa bilər. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhsil kreditlərinin tətbiqi tələbələrin təhsil haqqının ödənilməsində yaranan çətinliklərini aradan qaldıracaq»- deyə, nazir vurğulayıb.