Xəbərlər
MM-in deputatı: NATO tribunası unikal bir imkandır
«Ölkə başçısı hər zaman qeyd edir ki, hansı tribunadan istifadə ediriksə, mütləq Ermənistanın işğalçılıq siyasətini ifşa etməli və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmalıyıq». Bu fikri Milli Məclisin deputatı, politolq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, bu nöqteyi-nəzərdən NATO tribunası unikal bir imkandır. Onun sözlərinə görə, Prezident İlham Əliyev bundan maksimum faydalanıb.
«Azərbaycan Prezidentinin NATO-nun sammiti çərçivəsində keçirdiyi görüşlər, xüsusilə də ABŞ dövlət katibi Con Kerri ilə apardığı danışıqlar nəticə etibarı ilə Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi mənafeyinə xidmət edir. Eyni zamanda Azərbaycanın üzləşdiyi işğal faktının aradan qaldırılması istiqamətində aparılan iş baxımından olduqca əhəmiyyətlidir»- deyə, deputat qeyd edib.