Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorja Monqolustanın milli bayramı münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Əminəm ki, Azərbaycan ilə Monqolustan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıram.”