YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiya alimləri yosundan hazırlanmış yanacaqla işləyən avtomobil ixtira etmişlər

Avtobus üçün yanacaq Yaponiyanın yük maşınları və avtobus istehsalçısı İsuzu, habelə Euglena şirkətləri tərəfindən hazırlanmışdır.

İsuzu-nun mətbuat xidmətinin nümayəndəsinin sözlərinə görə, avtobus gün ərzində 22 reys edir. O ümidvar olduğunu bildirmişdir ki, şirkət dörd il ərzində yüz faiz yaşıl yosunlardan hasil olunmuş bioyanacaqdan istifadə etməyə imkan verən texnologiya yarada biləcəkdir.

Qeyd edək ki, İsuzu və Euglena şirkətləri iyun ayında avtomobil mühərrikinin və yeni bioyanacaq nəsli hesab edilən yaşıl yosunlardan yanacağın hazırlanması barədə müqavilə imzalamışlar.