Xəbərlər
Azərbaycanda ABŞ-ın müstəqilliyinin elan olunmasının 238-ci ildönümü günü qeyd olunmuşdur
İyulun 3-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 238-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil etmişdir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Əməkdar Artisti Fidan Hacıyevanın ifasında hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.