YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: 2014-cü ilin sonunadək əlavə olaraq Bərdə, Sabirabad, Masallı, Qəbələdə də "ASAN xidmət" mərkəzləri açılacaq

Bu ilin sonunadək Azərbaycan vətəndaşları yaşayış qeydiyyatının harada olmasından asılı olmayaraq, istənilən "ASAN xidmət" mərkəzinə müraciət edərək oradakı xidmətlərdən tam faydalana biləcəklər. Bu barədə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov bildirib ki, 2014-cü ilin sonunadək əlavə olaraq Bərdə, Sabirabad, Masallı, Qəbələdə də "ASAN xidmət" mərkəzləri açılacaq. Bu mərkəzlər istifadəyə verildikdən sonra vətəndaşların bu mərkəzlərə müraciət etməsində mövcud qeydiyyat problemi tam aradan götürüləcək.

«Belə ki, ilin sonunadək respublika üzrə bütün "ASAN xidmət" mərkəzləri arasında vahid şəbəkə yaranacaq ki, bu da harada qeydiyyatda olmasından asılı olmayaraq, vətəndaşlara tam xidmət göstərməyimizə imkan verəcək»- deyə, sədr qeyd edib.