Xəbərlər
Almaniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir
İyunun 29-da Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Cənubi Qafqaz regionuna səfəri başlayır.
Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində baş tutacaq səfər zamanı Bakıda və Yerevanda keçiriləcək görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.
Almaniyalı nazir iyulun 1-də Tbilisidə ATƏT Parlament Assambleyasının yay sessiyasının açılışında iştirak edəcək.