YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan insan hüquqları sahəsində demokratik dövlətlərin uzun illər əldə etdiyi uğurları qısa müddətdə əldə edib

Azərbaycan bu gün həm dünyanın, həm də regionun inkişaf etmiş ölkələrindən birinə çevrilməklə yanaşı, insan hüquq və azadlıqlarını tam şəkildə təmin edib. Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün Milli Məclisdə keçirilən "18 - Azərbaycanda insan hüquqları gününə həsr olunmuş dinləmələrdə" deyib. /Trend/

B.Muradova bildirib ki, Azərbaycanın bugünki uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vitse-spiker qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsini öz fəaliyyətinin əsas prinsipi etdi.

B.Muradova bildirib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu siyasətin davamı kimi Prezident İlham Əliyev 18 iyun tarixinin milli insan hüquqları kimi qeyd edilməsi ilə bağlı sənəd imzaladı. Azərbaycan bu sahədə demokratik dövlətlərin uzun illər əldə etdiyi uğurları qısa müddətdə əldə edib".