Xəbərlər
Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona, bu ölkənin Milli bayramı – Kanada günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran iqtisadi əlaqələrin genişlənməsi yolunda səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.