Xəbərlər
Rasim Musabəyov: Azərbaycan öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq
«Prezidentlərin Vyana görüşündə əsas məsələlərdən biri atəşkəs rejiminə əməl olunması ilə bağlıdır». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, ilk növbədə atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətində müəyyən hərəkətlilik var. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu bu məsələni daha çox diqqətdə saxlayır.
«Əgər prezidentlər iyun ayında yenidən görüşəcəklərsə, o zaman Minsk qrupu həmsədrləri münaqişənin həlli istiqamətində ciddi təkliflər verməlidir. Yəni onlar ortaya müvafiq sənəd qoymalıdırlar.Həmin görüşün nəticəsi olaraq danışıqlar normallaşacaqsa, o zaman irəliləyişə nail olmaq mümkündür. Əgər işğalçı dövlət yenə qeyri-konstruktivlik nümayiş etdirəcəksə, o zaman cəbhə xəttində gərginliyin arması istisna deyil. Çünki Azərbaycan öz ərazilərinin işğal altında qalması ilə heç vaxt barışmayacaq»- deyə, R.Musabəyov vurğulayıb.