Xəbərlər
Rene van der Linden: Azərbaycanın parlaq gələcəyini görürəm
Azərbaycan inanılmaz dərəcədə inkişaf edərək dəyişib. Bunu Bakının simasında aydın görmək mümkündür.
Bu fikri Bakıda keçirilən II Azərbaycan-Avropa İttifaqı biznes forumunda Niderland Krallığı Senatının üzvü, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene van der Linden bildirib.
"Stabilliyi ilə seçilən və sülhməramlı təkliflərə dəstək verən Azərbaycanın parlaq gələcəyini görürəm", - deyə Rene van der Linden diqqətə çatdırıb.