YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nyu-Yorkda ilk dəfə “Qafqaz irsi” festivalı təşkil edilib

Nyu-York şəhərində, Bruklinin “Master” Teatrı binasında Birinci “Qafqaz irsi” festivalı keçirilib. Festival Bruklin meri Erik Adams və Bakı-Bruklin Dostluq Assosiasiyası tərəfindən təşkil olunub.

Festivalın təntənəli açılış mərasimi zamanı “Master” Teatrda yığışmış iki minədək tamaşaçını salamlayan Bruklinin meri Erik Adams bu tədbirin böyük önəmindən danışaraq Bruklin-Bakı Dostluq Assosiasiyası və onun prezidenti Mariyetta Rozentala, həmçinin “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzi və onun rəhbəri Alyona Bədəlovaya bu tarixi təşəbbüsün reallığa çevrilməsində müstəsna xidmətlərinə görə təşəkkürünü bildirib.

E.Adams Bruklini Amerikanın Bakısı adlandıraraq burada bir çox mədəniyyətin təmsilçilərinin birlikdə sülh və əmin-amanlıq şəraitində yaşadığını deyib.

Bundan sonra mer E.Adams tərəfindən imzalanmış rəsmi bəyanatlar oxunub. Sənədlərdə Birinci “Qafqaz irsi” festivalının keçirilməsinə dəstək qeyd olunur, bu tədbirin Nyu-York və Bruklinin mədəni inkişafına töhfəsi vurğulanır. Bruklin-Bakı Dostluq Assosiasiyası və “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinə xüsusi təşəkkür ifadə edilir, onların fəaliyyəti alqışlanır, festivalın Bruklin ilə Bakı arasında münasibətlərə müsbət töhfəsi qeyd olunur. Eyni zamanda, bu bəyanatlarda hər ilin may ayı Bruklində “Qafqaz irsi ayı” elan edilir.

Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Mariyetta Rozental çıxışında E.Adamsa, Azərbaycan hökumətinə, o cümlədən ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinə dəstəyə görə xüsusi təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən siyasi xadimlər və Nyu-York Ştatı Assambleyası (qanunverici orqanı) üzvləri belə təşəbbüsün Bruklin üçün böyük bayram olduğunu, bunun ənənəvi hal alacağını bildiriblər.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov festivalın keçirilməsinin tarixi hadisə olduğunu qeyd edərək bildirib ki, bu, Vətəndən uzaqda olan istedadlı uşaq və gənclərin öz doğma mədəniyyətini qoruması, yaşatması və tanıtması üçün gözəl bir imkandır. O, Azərbaycanın tarix boyu tolerantlıq və sülh məkanı kimi tanındığını deyərək ölkə rəhbərliyi tərəfindən multikulturalizm və mədəniyyətlərarası dialoqa çox böyük diqqət yetirildiyini vurğulayıb. Bu kontekstdə diplomat BMT-nin Sivilizasiyalar Alyansının növbəti forumunun böyük uğurla Bakıda keçirildiyini xatırladıb. Eyni zamanda o, Bruklin meri E.Adamsa burada yaşayan Azərbaycan icmasına diqqətinə görə təşəkkür edib.

Bundan sonra “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzi, “Pesvebi” gürcü mədəniyyət mərkəzi, “İberians” rəqs ansamblı və “Crane Musiqi Teatrı”nın yetirmələri Azərbaycan, gürcü və digər milli rəqslərdən ibarət rəngarəng proqramla çıxış ediblər. Müğənni Rüfət Axundovun ifasında “Azərbaycan” mahnısı və “Səs Azərbaycan” musiqi müsabiqəsinin iştirakçısı olmuş Orxan Ağayevin ifasında “Sarı gəlin” Azərbaycan xalq mahnısı gurultulu alqışlarla qarşılanıb.

 

DİGƏR Xəbərlər Arxiv