YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: "Metsamor" atom elektrik stansiyasının ciddi təhlükə mənbəyi olması kimsəyə sirr deyil

«"Metsamor" atom elektrik stansiyasının ciddi təhlükə mənbəyi olması kimsəyə sirr deyil». Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, hazırda bu AES-in fəaliyyətinin dayandarılıması ilə bağlı səsləndirilən tələblər doğrudur. Onun sözlərinə görə, zaman-zaman müxtəlif xarici ekspertlər, həmçinin ölkəmizin təmsilçiləri mövcud təhlükə ilə bağlı xəbərdaredici fikirlər səsləndiriblər.

«Lakin Ermənistan AES-in region üçün təhlükə mənbəyi olması faktını qulaqardına vurur. Bu azmış kimi, stansiyanın fəaliyyət müddətinin 2016-cı ildə başa çatması nəzərdə tutulsa da, Ermənistan hökuməti AES-in istismar müddətini bir qədər də uzatmaq qərarına gəlib. Bu da, öz növbəsində, regionda güclü radiasiya təhlükəsi ilə bağlı narahatlığı daha da artırıb. Azərbaycan da "Metsamor" AES-in fəaliyyətini davam etdirməsinə dəfələrlə rəsmi şəkildə və ictimaiyyət səviyyəsində etirazını bildirib, müxtəlif beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edilib. Beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlamalıdırlar»- deyə, R.Əliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv