Xəbərlər
“Tageszeitung” qəzeti: Dağlıq Qarabağ Ermənistanın iddia etdiyi Azərbaycan ərazisidir
“Tageszeitung” qəzetində “Eurovision-2016” mahnı müsabiqəsi zamanı Ermənistanın növbəti təxribatı barədə məqalə dərc olunub.
“Ermənistana sonuncu xəbərdarlıq” başlıqlı məqalədə qeyd olunur ki, erməni müğənninin konsert zalında qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını dalğalandırması siyasi bəyanat və təxribat məqsədi daşıyırdı. Çünki Dağlıq Qarabağ Ermənistanın iddia etdiyi Azərbaycan ərazisidir.
Məqalədə bildirilir ki, erməni müğənni İveta Mukuçyanın: “Mənim qəlbim dünyada və Ermənistanda sülhdən başqa heç nə istəmir”, – kimi sərsəm açıqlaması həyasızlıqdan və utanmaz bəhanədən başqa heç nə deyil. Çünki müğənninin bu hərəkəti müsabiqə qaydalarının ciddi şəkildə pozulması ilə bərabər, həm də atəşkəsin pozulmasına yönələn təxribat idi.
Məqalədə, həmçinin Ermənistanın hələ 7 il əvvəl Moskvada keçirilən “Eurovision” mahnı müsabiqəsində xalların elan edilməsi zamanı Azərbaycana qarşı təxribat törətməsi qeyd olunur.