Xəbərlər
Aqiyə Naxçıvanlı: Azərbaycan ailəsi dövlətin qayğısı ilə tam əhatə olunub
«Azərbaycan ailəsi dövlətin qayğısı ilə tam əhatə olunub». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
A.Naxçıvanlı bildirib ki, şəxsiyyətin formalaşmasında sosial mühit böyük rol oynayır. Lakin bu prosesdə ailənin rolu həlledicidir.
«Azərbaycan ailə mədəniyyətinin zəngin nümunələri ilə dünyada tanınan ölkələrdəndir. Yaşlılara, qadınlara, analara və uşaqlara qayğı - bizim xalqın ən gözəl xüsusiyyətlərindəndir. Ailə, qadın və uşaq sahəsində aktiv və hərtərəfli dövlət siyasəti ilk növbədə gender bərabərliyi və ailə siyasətində sosial məsuliyyətin milli mexanizmlərinin əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır»- deyə, komitə sədri vurğulayıb.