YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Almaniyanın “beyin mərkəz”lərindən olan Almaniya Xarici Siyasət Cəmiyyətində “Azərbaycan və onun qonşuluğu. Xarici və təhlükəsizlik siyasətinin çağırışları” adlı məruzə ilə çıxış edib

Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin beynəlxalq məsələlər üzrə aparıcı “beyin mərkəz”lərindən olan Almaniya Xarici Siyasət Cəmiyyətində “Azərbaycan və onun qonşuluğu. Xarici və təhlükəsizlik siyasətinin çağırışları” adlı məruzə ilə çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, nazir Elmar Məmmədyarov çıxışında Azərbaycanın bölgədə sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, tarazlaşdırılmış xarici siyasəti, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib.

Nazir beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq qətnamə və qərarlarını qeyd edərək, Ermənistanın beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymadığını, əksinə, son zamanlar cəbhə xəttinə yaxın yerləşən azərbaycanlı mülki əhaliyə qarşı hücumları artırdığını və beynəlxalq humanitar hüquq normalarını açıq-aşkar pozduğunu bildirib. O, son zamanlar Ermənistanın təxribat xarakterli bəyanatlar verdiyini də diqqətə çatdırıb.

Daha sonra nazir Elmar Məmmədyarov tədbir iştirakçılarının suallarını cavablandırıb.

Bütövlükdə 150-yə qədər iştirakçının qatıldığı tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin və Almaniya Bundestaqının deputatları, Almaniyanın dövlət orqanlarının təmsilçiləri, bu ölkənin siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkələrin diplomatları, mətbuat təmsilçiləri və tələbələr iştirak ediblər.

 

DİGƏR Xəbərlər Arxiv