Xəbərlər
Bakıda IV İslam Həmrəyliyi oyunları 3-cü Əlaqələndirmə Komissiyasının iclası keçirilir
Bu gün Bakıda IV İslam Həmrəyliyi oyunları 3-cü Əlaqələndirmə Komissiyasının iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Afrika Atletlər Konfederasiyasının prezidenti Hamad Kalkaba və digər xarici qonaqlar iştirak edirlər.