YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Robert Sekuta: ABŞ kütləvi qırğın silahlarının istifadəsinin əleyhinədir

ABŞ kütləvi qırğın silahları və nüvə silahının istifadəsinin əleyhinədir.

Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanın fosfor bombalarından istifadə etmə faktına və Yerevanın nüvə silahının yaradılması haqqında bəyanatına manasibət bildirərkən deyib.

Səfir bildirib ki, 31 mart-1 aprel tarixində ABŞ-da keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində həm Prezident İlham Əliyev, həm də Serj Sarkisyan iştirak edib. Bu Sammitdə ABŞ Prezidenti Barak Obamanın diqqət ayırdığı əsas məqam nüvə silahının yayılmasının qarşısını almaq və ABŞ-ın nüvə silahının tətbiqinin əleyhinə olduğunu bir daha göstərmək olub. Bu, bizim rəsmi mövqeyimizdir.