YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Mehbalıyev: Azərbaycanda həyata keçirilən islahatlar yeni iş yerlərinin açılmasına imkan verir

«Azərbaycanda dövlətimizin başçısı tərəfindən aparılan quruculuq işləri, iqtisadi islahatlar, struktur dəyişiklikləri və sosial proqramların icrası, nəzərdə tutulmuş bütün investisiya layihələrinin vaxtında həyata keçirilməsi prosesi bütövlükdə müasir texnologiyanı özündə əks etdirən, beynəlxalq standartlara cavab verən iş yerlərinin açılmasına imkan verib». Bu fikri AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, Beynəlxalq Əmək Təşkilatı 2016-cı ildə Ümumdünya Əməyin Mühafizəsi Gününün "İş yerində stress-kollektiv çağırış" şüarı ilə keçirilməsini elan edib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "İstehsalatda bədbəxt hadisələrin təhqiqatı və uçotu qaydaları"na istehsalatda stress situasiyaları nəticəsində baş verən infarkt, insult kimi xəstəliklərin istehsalatla əlaqələndirilməsi barədə dəyişikliklər qəbul edilib.

 «Bu dəyişikliklərin edilməsi Azərbaycanda sosial tərəfdaşların maraqlarının Beynəlxalq Həmkarlar İttifaqı hərəkatının, Beynəlxalq Əmək Təşkilatının işçilərin sosial müdafiəsi sayəsində yürütdükləri siyasətə tam uyğunluğunu sübut edir. AHİK tərəfindən işlənib hazırlanmış, sosial tərəfdaşlarla razılaşdırılmış və imzalanmış 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişdə sosialyönümlü vacib məsələlər, o cümlədən əməyin və sağlamlığın mühafizəsi, ekoloji təhlükəsizlik məsələləri əksini tapıb. AHİK-in təklifi və sosial tərəfdaşların dəstəyi ilə Milli Məclis tərəfindən "Texniki təhlükəsizlik haqqında", "İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında" qanunlar qəbul edilib»- deyə, S.Mehbalıyev vurğulayıb.