YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Partiyalarımız arasında əməkdaşlıq bütövlükdə Yaponiya və Azərbaycan arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək

«Yaponiya Liberal Demokrat Partiyasının  nümayəndə heyətinin Azərbaycana səfəri, keçirilən görüşlər hər iki partiya arasında bundan sonra uzun illər davam edəcək dostluq və əməkdaşlıq münasibətlərinin etibarlı zəminini hazırlayacaq». Bu fikri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün ölkəmizdə səfərdə olan  Yaponiya Liberal Demokrat Partiyasının  nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı deyib.

Əli Əhmədovun fikrincə, partiyalarımız  arasında əməkdaşlıq bütövlükdə Yaponiya və Azərbaycan arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək. 

«Azərbaycanda Yaponiyanı yaxşı tanıyırlar. İstərdik ki, Azərbaycanı da Yaponiyada  yaxşı tanısınlar. Çünki  Azərbaycan son illər sürətlə inkişafı edir və siz səfər çərçivəsində bu inkişafın  şahidi olacaqsınız»- deyə, YAP Sədrinin müavini vurğulayıb.