Xəbərlər
Latviya parlamentinin spikeri Azərbaycana səfər edəcək
Latviya parlamentinin spikeri İnara Murnietse Azərbaycana səfər edəcək. Bunu Trend-ə Latviyanın ölkədəki səfiri Yuris Maklakovs deyib.
Spiker səfər zamanı bir neçə yüksək səviyyəli görüş keçirəcək. Görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları müzakirə ediləcək.
Diplomat qeyd edib ki, Riqa meri Nila Uşakovun da Bakıya səfəri planlaşdırılır. Hər iki səfər bu ilin payızına nəzərdə tutulub.
Səfir əlavə edib ki, tərəflər sentyabrda Bakıda keçirilməsi nəzərdə tutulan Latviya-Azərbaycan biznes-forumuna hazırlaşırlar.