YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsinə səfəri xalqımızın rüh yüksəkliyini daha da artırıb

«Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə səfər etməsi və düşmənlə təmas xəttinə yaşayan insanlar görüşməsi əsl vətənpərvərlik nümunəsidir. Bu səfər bütün Azərbaycan xalqında rüh yüksəkliyini daha da artırıb». Bu fikirləri yap.org.az saytına YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, 2003-cü ildə cənab İlham Əliyev dövlət başçısı seçilərkən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağını bəyan etmişdi və bu səfər bunu bir daha təsdiqlədi. Onun sözlərinə görə, hər bir vətəndaşın Prezidenti kimi cənab İlham Əliyev insanların çətin, ağır günlərində də daim onların yanındadır.

«Bir neçə gün əvvəl Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri və işğalçı erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində zərər çəkmiş insanlarla görüşməsi bu faktı     bir daha təsdiqləyir. Bu səfər bir daha göstərdi ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və müvafiq tapşırıqlar verir. Prezident İlham Əliyev hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür. Bu səfər vasitəsilə dünya ictimaiyyəti işğalçı Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərin bir daha şahidi oldu. Hesab edirəm ki, dünya birliyi, o cümlədən ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, münaqişənin dinc yolla həlli istiqamətində ciddi, əməli addımlar atmalıdır. Əks halda, bu missiyanı Azərbaycan Ordusu yerinə yetirəcək»- deyə, E.İbrahimov vurğulayıb.