Xəbərlər
Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmirinə 2 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də “Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.