YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafında misilsiz xidmətləri olub

«Azərbaycanda elə bir sahə təsəvvür etmək mümkün deyil ki, orada Ulu öndərimizin imzası, yaxud onun təməlində Heydər Əliyevin xidmətləri olmasın. Ulu öndərin Azərbaycan gəncliyinin inkişafında misilsiz xidmətləri olub». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyində milli ideologiya yox idi. Onun sözlərinə görə, gənclərimiz ayrı-ayrı siyasi qrupların nəzarətində idilər, onların milli-psixoloji durumu çox aşağı səviyyədə idi. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan gəncinin qüruru özünə qaytarıldı.

«Ulu öndər Heydər Əliyev həmişə gənclərə böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə Ümummilli lider Heydər Əliyevdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətini də uğurla davam etdirir»- deyə, S.Orucov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv