YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Ölkəmizdə elmin, təhsilin inkişafına yüksək dövlət qayğısı göstərilir

«Ölkəmizdə elmin, təhsilin inkişafına yüksək dövlət qayğısı göstərilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq bu istiqamətdə sistemli işlərin həyata keçirilir». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, görülən işlərin əsas məqsədi ölkəmizin təhsil sistemini təkmilləşdirmək, Azərbaycanın iqtisadi və sosial maraqlarını təmin edəcək mütəxəssislər yetişdirməkdir. Onun sözlərinə görə, təhsil qarşılıqlı anlaşma baxımından böyük əhəmiyyətə malikdir. Bu sahədə ardıcıl və qətiyyətli addımlar atmadan mədəniyyətlərarası dialoqa nail olmaq mümkün deyil.

«Son 10 ildə minlərlə azərbaycanlı gənc dünyanın ən yaxşı universitetlərində təhsil almağa göndərilib. Ölkəmizdə təxminən dörd min xarici tələbə təhsil alır. Bu, təkcə təhsilə deyil, həm də mədəniyyətlərarası dialoqa, dəyərlərin mübadiləsinə töhfə verir. Qızların təhsili də çox vacib məsələdir. Təxminən yüz il əvvəl azərbaycanlı milyonçu, messenat Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini tikdirib. O deyirdi ki, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanırsınız. İnanırıq ki, təhsilli gənc yaxşı valideyn, vətəninə xidmət edən yaxşı əsgər olacaq. Hər şeydən əvvəl isə millətinin gələcəyi üçün düzgün qərarlar verə bilən vətəndaş olacaq»- deyə, nazir vurğulayıb.