Xəbərlər
ANAMA tərəfindən 9 rayonda 1294 partlamamış hərbi sursat zərərsizləşdirilib
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 7-dən 29-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Zərdab, Şəmkir, Cəlilabad və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursat (PHS) haqqında hesabatı açıqlayıb.
Agentlik tərəfindən aprelin 7-dən 29-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Zərdab, Şəmkir, Cəlilabad, Goranboy və Tovuz rayonlarında 378 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığına, 1 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 5 fermaya və əkin sahələrinə baxış keçirilib. 1294 ədəd partlamamış hərbi sursat və on piyada əleyhinə mina, altı tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.