YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox əhəmiyyətli mədəni-siyasi hadisədir

«BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox əhəmiyyətli mədəni-siyasi hadisədir. Belə bir forumun Azərbaycanda keçirilməsini çox yüksək qiymətləndirən millət vəkilinin bildirdiyinə görə, ümumiyyətlə, sürətlə inkişaf edən, qloballaşan dünyamızda hər şey durmadan dəyişir, xalqlar və ölkələr yaxınlaşır, insanlar və talelər birləşir». Bu fikirləri Milli Məclisin deputatı  Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, bir vaxtlar Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqə və təsirinin tədqiqi hakim ideologiyanın tələblərinə uyğun olaraq ciddi təhriflərə məruz qalırdı. Onun sözlərinə görə, o zamanlar artıq arxadadır, ön plana isə qarşıdurma yox, sivilizasiyaların dialoqu və ortaq mədəni-mənəvi dəyərlər çəkilib.

«Şərq və Qərb ədəbiyyalarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi var. Eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarında genetik əlaqələr və tipoloji paralellər aşkar görünür. Bunu “Gilqameş”ın, “Mahabharata”nın, “Ramayana”nın, “İliada”nın, “Odisseya”nın və digər eposların müqayisəli təhlili əyani şəkildə nümayiş etdirir. Şərq ölkələrində siyasi və iqtisadi vəziyyətin pisləşməsi, müstəmləkə asılılığı və milli özünəməxsusluğun və bədii ənənələrin itirilmə təhlükəsi mədəni həyatda daha şüurlu mübadiləyə, bəzən isə Qərb təsirinin fəal mənimsənilməsinə yol açdı. Hazırda Bakı şəhərində keçirilən bu tipli tədbirlər isə fərqli sivilizasiyalarının əlaqələrinin güclənməsi ”baxımından əhəmiyyətlidir»- deyə, G.Baxşəliyeva vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv