Xəbərlər
Azərbaycan Respublikasının Rusiya Federasiyasının Yekaterinburq və Sankt-Peterburq şəhərlərində baş konsulları geri çağırıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərindən və Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırıldı.