Xəbərlər
Pekində AQEM-in xarici işlər nazirlərinin növbəti iclası işə başlayır
Pekində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) xarici işlər nazirlərinin 5-ci iclası işə başlayır.
Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir. İki gün davam edəcək iclasda müvafiq müzakirələrin aparılması və yekun sənədin qəbul olunması planlaşdırılır.
Xatırladaq ki, Çin Xalq Respublikası 2014-cü ilin mayında Şanxayda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi AQEM-in Zirvə Toplantısından sonra təşkilata sədrlik edir.