YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Birgə yaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi” mövzusunda əməkdaşlıq toplantısı

Aprelin 27-də Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Alyansın Dostları Qrupunun yüksək səviyyəli iclası işini “Birgə yaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi” mövzusunda əməkdaşlıq toplantısı ilə davam etdirib.

 “Təhsil hər şeydən üstün” (EAA-PEIC) təşkilatının rəhbərliyi altında keçirilən toplantıda qurumun monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi və baş tədqiqatçısı Talal al Hothal proqramın əhəmiyyətindən və yaranma tarixindən danışıb. O bildirib ki, dünyada münaqişə olan bölgələrdə tələbələr və təhsil işçiləri təzyiqlərə məruz qalır və bəzi hallarda həyatlarını itirirlər. Bildirilib ki, təşkilatın əsas məqsədlərindən biri Qəzzə və Suriyadan olan tələbələri ali təhsillə təmin etməkdir.

Hüquq və təhsil üzrə proqram mütəxəssisi xanım Meeran Negi fəaliyyətlərində beynəlxalq hüququn mexanizmlərindən istifadə etməyin vacibliyini qeyd etdi.

Toplantıda çıxış edən təşkilatın texniki müşaviri xanım Marqaret Sinclair proqramın üstünlüklərindən bəhs etdi.

Daha sonra müxtəlif mövzularda fikir mübadiləsi aparıldı, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.