Xəbərlər
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BƏƏ-nin tolerantlıq üzrə dövlət naziri ilə görüşüb
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın aprelin 26-da daha bir görüşü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimi ilə olub.
Qonağı Azərbaycanda görməkdən məmnun olduğunu deyən Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” kimi aktual mövzuya həsr edildiyini vurğuladı və tədbirdə iştirak etdiyinə görə Şeyxə Lubna Al Qassimiyə minnətdarlığını bildirdi. “Xalqınıza dərin hörmətimi çatdırıram”, - deyən birinci xanım Mehriban Əliyeva ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğuladı.
Şeyxə Lubna Al Qassimi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakın onun üçün şərəf olduğunu, Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirdi.