Xəbərlər
Elmar Məmmədyarov: Həll olunmamış münaqişələr zorakı ekstremizm üçün əlverişli zəmin yaradır
Mənim ölkəm etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm və terrorizmin metamorfozu və simbiozundan əziyyət çəkib.
Əgər beynəlxalq ictimaiyyət bizi vaxtında dinləyərək, universal norma və prinsiplərə əsaslanaraq zorakı ekstremizm və onun bütün forma və təzahürlərini dayandırmaq üçün ciddi addımlar atsaydı, biz bu gün bu domino effektini büdrətmək və bu fenomen ilə məşğul olmaq üçün daha yaxşı vəziyyətdə olardıq.
Bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumundakı çıxışında səsləndirib.
Nazir Fəaliyyət Planı ilə tam razı olduğunu bildirərək deyib: Uzadılmış və həll olunmamış münaqişələr zorakı ekstremizm üçün əlverişli zəmin yaradır, təkcə münaqişənin özünün doğurduğu əzab və idarəçiliyin olmaması səbəbindən deyil, həm də ona görə ki, belə münaqişələr ekstremist qruplara dəstək əldə etmək, ərazi və resurslar qəsb etmək, əhaliyə nəzarət etmək məqsədilə dərin köklü narazılıqlar yaratmaq imkanı verir. Bu səbəbdən, Ermənistan tərəfindən atəşkəsin sonuncu dəfə pozulması dövründə ASALA terrorçularının işğal olunmuş ərazilərimizdə görünməsinə təəccüblənmirik.