YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

UNİCEF: Azərbaycanda insan hüquqlarının təmin edilməsi istiqamətində uğurlu addımlar atılır

"Azərbaycanda insan hüquqları, o cümlədən, uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi istiqmətində uğurlu addımlar atılır".

Bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze Milli Məclisdə UNİCEF ilə birgə "Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunverciliyin təkmilləşdirilməsi" adlı Dəyirmi masada deyib. /Trend/

Onun fikrincə, yetkinlik yaşına çatmayanların, xüsusilə, 18 yaşdan aşağı olanların azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilməli, aşağı endirilməlidir.

O, deyib ki, Qərbdə, Avropa ölkələrində yetkinlik yaşına çatmayanların azadlıqdan məhrumetmə cəzası 6 ildən yuxarı deyil.

A.Şilakadze əlavə edib ki, özünün çox sürətli inkişaf dövrünü yaşayan bir ölkənin-Azərbaycanın bu inkişafı ondan insan hüquqları, xüsusilə, uşaq hüquqları ilə bağlı qanunverciliyi növbəti dəfə təkmilləşdirməyi tələb edir: "Bildiyiniz kimi, dünyada uşaq hüquqları ilə bağlı ən vacib sənəd BMT-nin Uşaq hüquqları Konvensiyası sayılır. Həmin Konvensiyanın 37-ci maddəsində də uşaqlarla, yetkinlik yaşına çatmayanlarla bağlı ən son addım kimi onların azadlıqdan məhrum edilməsi nəzərdə tutulur. Yəni, bunun özü onu göstərir ki, müəyyən hüquq pozuntularına yol vermiş uşaqları, yetkinlik yaşına çatmayanları nəinki istintaq altında, istintaq təcridxanalarında saxlamaq, əksinə, onları yenidən cəmiyyətə, ailəyə qazandırmaq lazımdır. Onların azadlıqdan məhrum edilməsi ən son addım kimi seçilməlidir və bu məsələdə yüngülləşdirici hallar nəzərdə tutulmalıdır. Məsələn, Braziliyada aparalın araşdırmalar nəticəsində məlum olub ki, istintaqa cəlb olunmuş 65 uşağın saxlanılması xərclərinə 140 uşağın normal təhsil almasını qarşılamaq, vəsaiti oraya yönəltmək olar".

 

DİGƏR Xəbərlər Arxiv