YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: Yeni şəraitdə aparılan islahatlar qeyri-neft sektorunun inkişafına xidmət edir

«Yeni iqtisadi şəraitlə əlaqədar olaraq dövlət başçısı tərəfindən mühüm qərarlar verilib». Bu fikri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki,   dünyada davam edən maliyyə-iqtisadi böhranı fonunda ölkəmizdə həyata keçilən tədbirlər əhəmiyyətlidir. Onun sözlərinə görə, yeni şəraitdə aparılan islahatlar ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun  inkişafına xidmət edir.

«Bu tədbirlərin əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Artıq bu yöndə ciddi addımlar atılır. Eləcə də, sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılıb. Hesab edirəm ki, görülən işlər müsbət nəticələrini verəcək»- deyə, deputat qeyd edib.