YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Prezident İlham Əliyev tərəfindən ölkədə iqtisadi islahatların dərinləşməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir

«Prezident İlham Əliyev tərəfindən ölkədə iqtisadi islahatların dərinləşməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, bu məqsədlə, yəni, iqtisadi islahatların, yeni iqtisadi şəraitin tərkib hissəsi olaraq ölkə Prezidenti tərəfindən parlamentə paket şəklində 3 qanun layihəsi göndərilib. Onun sözlərinə görə, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və Vergi Məcəlləsinə eyni adda  dəyişikliyin edilməsi təklif olunur.

 «İslahatların tərkib hissəsi kimi ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Həm bu qurumun təşkili, həm iqtisadi islahatlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi ölkənin yeni iqtisadi mənzərəsini yaradır və bu mənzərənin ab-havası gündən-günə hiss olunur. Bir sözlə, ölkə Prezidenti tərəfindən dünyadakı qlobal risqlər nəzərə alınmaqla, ölkənin iqtisadi inkişafı, bu yöndə qanunverciliyin təkmillləşdirilməsi üçün əlverişli imkanlar və şərait təmin olunur»- deyə, komitə sədri vurğulayıb.