Xəbərlər
İranın xarici işlər naziri Bakıya səfər edəcək
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 25-də Azərbaycana səfər edəcək.
Səfərin məqsədi BMT Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumunda iştirak etməkdir.
Səfər çərçivəsində iranlı nazirin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.