YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan İraqda 80 Türkiyə vətəndaşının girov saxlanıldığını bildirib

Türkiyənin 80 vətəndaşı "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının silahlıları tərəfindən girov saxlanılır. "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ankara ölkə vətəndaşlarının azad edilməsi üçün mümkün olan hər şeyi edir.

Baş nazir qeyd edib ki, ölkə müxalifəti hökumətdən silahlılara qarşı daha kəskin reaksiya verməyi tələb edir: "Lakin unutmaq olmaz ki, silahlılar Türkiyə vətəndaşlarını girov götürüblər".

 

DİGƏR Xəbərlər Arxiv